“Paytaxt İrəvanda mətbuat konfransı keçirən Ermənistan Baş naziri Nikol Paşinyan tədbir boyu gərgin idi. Konfransda heç yatmadığını, baş verənlərə görə narahat olduğunu dedi”.
FED.az xəbər verir ki, bunu Almaniyanın “Bild” qəzeti yazıb.
Nəşr yazır ki, Paşinyan konfransda beynəlxalq hüquq normalarına görə, Dağlıq Qarabağın Azərbaycanın ərazisi olduğunu etiraf edib. Paşinyanın açıqlaması belə idi: “Dağlıq Qarabağ beynəlxalq hüquqa görə, Azərbaycana aiddir, amma bölgədə yaşayan əhalinin çoxu ermənidir”.
Alman nəşri Azərbaycan ordusundan ağır zərbə alan Ermənistan rəhbərliyinin ənənəvi olaraq, xarici ölkələrin yardımına ümid etdiyini yazıb.
Alman jurnalistin “Azərbaycanın istifadə etdiyi ən müasir silahlara qarşı şansınız varmı?” sualına Paşinyandan etiraf kimi cavab gəlib:
“Ermənistan xalqı özünü müdafiədə qərarlıdır. Eyni gücdə olmaya bilərik, amma öz sistemlərimizi gücləndirməyi planlaşdırıq” (yenisabah.az)