Milli Məclisin yaz sessiyasının növbəti plenar iclası başlayıb.
FED.az xəbər verir ki, iclasın gündəliyinə “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci ildə fəaliyyəti haqqında hesabatı barədə” və “Azərbaycan Respublikası Hesablama Palatasının sədr müavininin və auditorlarının təyin edilməsi haqqında” məsələlər daxildir.
Parlamentin iclasında Baş nazir Əli Əsədov və hökumət üzvləri də iştirak edir