ABŞ Xarici İşlər Nazirliyinin sözçüsü Heather Nauert, "ABŞ rəhbərliyinin, jurnalist Cemal Kaşıkçı-nın öldürülməsi hadisəsindən sonra Türkiyəni sakitləşdirmək üçün "Fetullahçı" Terror Təşkilatının (FETÖ) rəhbəri Fətullah Gülənin ekstradisiya edilməsini qiymətləndirdiyi" iddiasını təkzib edərək, "Bu iki məsələ bir-biri ilə əlaqəsiz məsələlərdir",- deyib.
"Anadolu" agentliyinin məlumatına görə, Nauert, Nazirlikdə keçirdiyi mətbuat konfransında Cemal Kaşıkçı-nın sui-qəsdi ilə bağlı danışıb.
Sözçü Nauert, Amerikanın "NBC News" kanalının "ABŞ rəhbərliyinin, jurnalist Cemal Kaşıkçı-nın öldürülməsi hadisəsindən sonra Türkiyəni sakitləşdirmək üçün FETÖ-nun başçısı Fətullah Gülənin ekstradisiyasına dair qanuni yolları araşdırdığı" şəklindəki iddiasını təkzib edib.
ABŞ-ın "NBC News" kanalı, Ağ Evin federal qurumlardan Fətullah Gülənin ekstradisiyasının necə mümkün olacağının araşdırılmasını istədiyini iddia etmişdi.