Prezident İlham Əliyev “Azərbaycan Respublikası ilə Yaponiya arasında iqtisadi əməkdaşlıq üzrə Dövlət Komissiyasının yeni tərkibinin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 25 dekabr tarixli 1852 nömrəli Sərəncamında dəyişiklik edilməsi haqqında” sərəncam imzalayıb.
ELƏCƏ DƏ BAX: Azərbaycanda yüksək vəzifəli məmur işdən çıxarıldı
FED.az-ın məlumatına görə, sərəncama əsasən Dövlət Komissiyasının yeni tərkibi müəyyənləşib.
Dövlət Komissiyasının sədri
ekologiya və təbii sərvətlər naziri
Dövlət Komissiyasının üzvləri
xarici işlər nazirinin müavini
iqtisadiyyat nazirinin müavini
maliyyə nazirinin müavini
energetika nazirinin müavini
nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini
səhiyyə nazirinin müavini
kənd təsərrüfatı nazirinin müavini
təhsil nazirinin müavini
əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini
mədəniyyət nazirinin müavini
gənclər və idman nazirinin müavini
Dövlət Turizm Agentliyinin sədri
Dövlət Neft Şirkətinin vitse-prezidenti
Mərkəzi Bankı sədrinin müavini
“Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin prezidenti
“Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin vitse-prezidenti
Ticarət və Sənaye Palatasının prezidenti
Azərbaycanın Yaponiyada fövqəladə və səlahiyyətli səfiri.
Xarici İşlər Nazirliyinə dəyişiklik barədə Yaponiya tərəfinə bildiriş göndərmək tapşırılıb.
Qeyd edək ki, Azərbaycan Respublikası ilə Yaponiya arasında iqtisadi əməkdaşlıq üzrə Dövlət Komissiyasının bundan öncəki sədri baş nazirin sabiq müavini Abid Şərifov olub.
Nazirə yeni – VƏZİFƏ VERİLDİ
18:55
13 Noy 2018