Biznesə və iş adamlarına dəstək məqsədilə Dövlət Sosial Müdafiə Fonduna (DSMF) ödənişlərə yenidən baxıla bilər.
Bu barədə FED.az-a Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev bildirib.
Onun sözlərinə görə, son vaxtlar yaranan vəziyyəti və biznesin durumunu nəzərə alaraq ƏƏSM nazirliyi Vergilər Nazirliyi ilə konsensus əldə edib ki, DMSF ödənişlərinin dərəcəsinə yenidən baxılsın və ödənişlər üzrə müəyyən təxirəsalmalar olsun: «Söhbət sosial ödənişlərin Bakı və digər regionlar üzrə diferensiallaşdırılmasından və yeni əmsalların tətbiqindən gedir».
Qeyd edək ki, sosial sığorta haqları ilə bağlı bu ilin əvvəlindən onsuz da anlaşılmazlıq yaranmışdı. Bu ildən qüvvəyə minən yeniliklərə görə, artıq bütün ölkə ərazisində ödənişlər eyni səviyyədə tətbiq edilirdi. Nəticədə hətta ucqar kənddərdə belə sahibkarlıqla məşğul olan fərdi sahabkarlar paytaxtda olduğu qədər - ayda 62 manat DSMF haqqı ödəməli olurdular. İndi isə bu dərəcələrə azalma istiqamətində yenidən baxılacaq.
Bundan başqa, DMSF ödənişləri üzrə təxirəsalmalara, yəni ödənişlərin gecikdirilməsinə də icazə veriləcək. Nazir bildirib ki, hazırda bunun detallalrı müəyyən edilir, amma böyük ehtimalla bu muzdlu işçiləri olanlara deyil, fərdi sahibkarlara aid olacaq: «Çünki muzdlu işçiləri olanlara dövlət yardım edir».