Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) inzibati binasında “Diqlas” ticarət mərkəzində baş vermiş yanğınla əlaqədar olaraq yaradılmış işçi qrupla sözügedən ticarət mərkəzində fəaliyyət göstərən və yanğın nəticəsində zərər çəkmiş sahibkarlar arasında keçirilən görüşə Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev də qatılıb.
FED.az xəbər verir ki, nazir şəxsən zərər çəkmiş vətəndaşları qəbul edib, onların problemlərini dinləyib.
Ş. Mustafayev görüş zamanı qeyd edib ki, ticarət mərkəzində yanğından zərər çəkən bütün sahibkarlara lazımı dəstək göstəriləcək.
Eləcə də bax: “Diqlas”dakı sahibkarlara güzəştli kreditin hansı faizlə veriləcəyi - AÇIQLANDI