Naxçıvan Muxtar Respubliekasında fəaliyyət göstərən bəzi dövlət təşkilatları ləğv edilib.
FED.az xəbər verir ki, bunlar Naxçıvan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin qurumlarıdır.
Belə ki, Naxçıvan MR Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Geologiya Axtarış və Kəşfiyyat idarəsi ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini 7200 Naxçıvan şəhəri şəhəri, Culfa şəhəri rayonu, Heydər Əliyev prospekti 12 küçəsi, ev 0, mənzil 0 ünvanına bildirə bilərlər.
Naxçıvan MR Ekologiya və Təbii Sərvətlər Hidrometeorologiya idarəsi də ləğv olunduğunu elan edir. Kreditorlar öz tələblərini iki ay ərzində bildirə bilərlər.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Sədərək Rayon Su Monitorinq Laboratoriyası da ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini 7300 Naxçıvan şəhəri şəhəri, Sədərək rayonu rayonu, Heydərabad qəsəbəsi küçəsi, ev 0, mənzil 0 ünvanına bildirə bilərlər.
Naxçıvan MR Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Balıq Mühafizə Stansiyası da ləğv olunanlar sırasındadır. Kreditorlar öz tələblərini iki ay ərzində bildirə bilərlər.
Naxçıvan MR Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin İnkişafı idarəsi və Meşə Təsərrüfatı idarəsi də eyni qayda ilə ləğv edildiyini elan edib.