Dövlət

Müdafiə Nazitrliyi işğaldan azad edilən - ƏRAZİLƏRİ AÇIQLADI

Müdafiə Nazitrliyi işğaldan azad edilən - ƏRAZİLƏRİ AÇIQLADI | FED.az
14:13 27 Sen 2020

İşğal altında olan vacib yüksəkliklər azad edilib. 

FED.az xəbər verir ki, bunu Müdafiə Nazirliyinin mətbuat xidmətinin mətbuat katibi polkovnik-leytenant Anar Eyvazov deyib. 

Hazırkı məlumata görə, Füzuli rayonunun Qaraxanbəyli, Qərvənd, Kənd Qərədiz, Cəbrayıl rayonunun Böyük Mərcanlı və Rüzgar kəndləri işğaldan azad edilib.

Bundan başqa, Ağdərə rayonu istiqamətində və Murovdağ silsiləsindəki hündürlüklərdə yerləşən düşmən postları darmadağın edilərək bir sıra hakim yüksəkliklər nəzarətə götürülüb.

"Döyüş əməliyyatları davam edir və mən sizi əmin edirəm ki, biz bundan sonra da sizi uğurlu əməliyyatlarımızla sevindirəcəyik. Qələbə bizimlədir"deyə Müdafiə Nazirliyi rəsmisi bildirib.

Digər xəbərlər

Banner