Oktyabrın 18-i gecə saatlarında Azərbaycan Ordusunun bölmələri tərəfindən guya Ermənistan silahlı qüvvələrinin bölmələrinə müxtəlif çaplı atıcı silahlardan atəş açılması ilə bağlı qarşı tərəfin yaydığı məlumat həqiqəti əks etdirmir, tamamilə yalandır.
Bu barədə FED.az-a Müdafiə Nazirliyindən xəbər verilib.
"Yayılan məlumatı qəti surətdə təkzib edirik", - MN-dən bildirlib.