Milli Məclisin sabahkı iclasının gündəliyinə dəyişiklik edilib.
FED.az məlumat verir ki, MM-in Mətbuat Xidmətinin rəhbəri Akif Təvəkküloğlu deyib ki, iclasın gündəliyinə 4 məsələ daxil edilib.
Onun sözlərinə görə, iclasda İnzibati Xətalar, Cinayət Məcəlləsinə, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında”, “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” qanunlara dəyişiklik layihələri müzakirə ediləcək.
XXX
Milli Məclisin (MM) sabah - martın 17-də keçiriləcək plenar iclasının gündəliyi açıqlanıb.
Toplantıda “Təhsil haqqında”, “Elm haqqında”, “Peşə təhsili haqqında”, "Sərhəd mühafizə orqanları haqqında", “Lisenziyalar və icazələr haqqında” və digər qanunlara dəyişiklik layihələri müzakirəyə çıxarılacaq.
Report