Sabah Milli Məclis növbəti plenar icasını keçirəcək.
FED.az xəbər verir ki, bu barədə Milli Məclisin mətbuat katibi Akif Təvəkküloğlu məlumat verib.
Eləcə də bax: Milli Məclisin sabahkı iclası sonuncu - OLA BİLƏR
Onun sözlərinə görə, iclasın gündəliyinə 15 məsələ daxildir.
Gündəlikdə Ailə, Mülki Prosessual Əmək Məcəllələrinə, o cümlədən “Uşaq hüquqları haqqında”, "İcbari sığortalar haqqında”, "Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” və s. qanunlarla dəyişiklik layihələri müzakirə olunacaq.
Qeyd edək ki, sabah Milli Məclisin sonuncu plenar iclası ola bilər.
Bu barədə parlamentin bu gün keçirilən xüsusi iclasında spiker Oqtay Əsədov deyib