"Milli Məclis fəaliyyətini davam etdirsə də, qanun və qərar qəbul etmək üçün yeni seçkilərə qədər yığışmayacaq".
FED.az xəbər verir ki, bunu Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev jurnalistlərə açıqlamasında bildirib.
Eləcə də bax: Konstitusiya Məhkəməsi Milli Məclisin buraxılmasını - KONSTİTUSİYA UYĞUN HESAB EDİB
O deyib ki, Konstitusiya Məhkəməsinin qərarına qədər deputatların xarici səfərləri müvəqqəti dayandırılmışdı: “Artıq Konstitusiya Məhkəməsinin qərarı var. Bu yaxınlarda Avropa Şurası Parlament Assambleyasının və digər beynəlxalq təşkilatların yığıncaqları olacaq. Həmin iclaslara Milli Məclisin üzvləri gedəcəklər.
Dekabrın 18-də Bakıda Türkdilli Ölkələrin Parlament Assambleyasının iclası keçirilməlidir, o iclası da keçiriləcək. Sadəcə, parlamentin qanun və qərar qəbul etməklə əlaqədar plenar iclasları keçirilməyəcək. Yeni qanunları 6-cı çağırış parlament qəbul edəcək”.
Eləcə də bax: Yeni seçkilərə qədər indiki deputatlar - İŞLƏYƏCƏK
"Report"