Almaniya kansleri Angela Merkel Xristian Demokrat İttifaqının sədrliyi postunu tərk edəcək.
FED.az xəbər verir ki, bununla bağlı “Bloomberg” mənbəyə istinadən məlumat yayıb.
Bildirilib ki, Merkel partiya liderlərinə dekabrda keçiriləcək qurultayda namizədliyini irəli sürməyəcəyini bəyan edib. Onun bunu etməsinə səbəb Hessendə keçirilən yerli seçkilərdə məğlub olmasıdır.