ABŞ Prezidenti Donald Tramp Türkiyəni hədələyib.
FED.az xəbər verir ki, Tramp, "Twitter" hesabından verdiyi açıqlamada; "Kürdlərə hücum etsələr Türkiyəni iqtisadi olaraq məhv edəcəyik. 20 millik etibarlı bölgə yaradacağıq. Eyni şəkildə, Kürdlərin də Türkiyəni provokasiya etməsini istəmirik" deyib.
Tramp "İŞİD-in xəlifəliyinin qalan az qisimini sərt və bir çox istiqamətdən vurmağa davam etməklə bərabər, uzun zamandır reallaşması lazım olan Suriyadan çıxmağa başlayırıq. Təkrar yığışsalar yaxınlardakı hərbi bazalardan təkrar hücum edəcəyik",- əlavə edib.
Dollar/Türk Lirəsi məzənnəsi yeni həftəyə 1%-ə yaxın bahalaşma ilə başlayıb. Bakı vaxtı ilə saat 07:30-da 1 Dollar 5.4689 lirəyə bərabər olub.
Türkiyə Prezidentinin spikeri İbrahim Kalın ABŞ Prezidenti Trampun Türkiyəni təhdid etməsinə reaksiya verib. İbrahim Kalın: "Suriyalı Kürdləri PKK ilə bir tutmaq ölümcül bir səhvdir. Onlara qarşı döyüşməyi davam etdirəcəyik".