Milli Məclisə seçkilərdə iştirak etmək üçün namizədliyi qeydə alınan işsizlərin və təqaüdçülərin sayı məlum olub.
Eləcə də bax: Milli Məclisə seçkilər belə keçiriləcək - TƏQVİM PLANI - TAM MƏTN
FED.az “Report”a istinadən xəbər verir ki, deputatlığa namizədlərin 282-si işsiz, 40 nəfəri isə təqaüdçüdür.
Qeyd edək ki, deputatlığa namizədlərin sayı 1500 ötsə də, onlardan bir qismi namizədliyini geri götürüb. Hazırda deputatlığa namizədlərin sayı 1479 nəfərdir.
Azərbaycan Milli Məclisinə seçkilər fevralın 9-da keçiriləcək.