Nazirlər Kabineti 2 ay müddətinə İqtisadi Zonaların İnkişafı Agentliyinin nizamnaməsini hazırlayacaq.
FED.az-ın məlumatına görə, bu, Prezident İlham Əliyevin “Sənaye parklarının, sənaye məhəllələrinin və aqroparkların idarə edilməsinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” fərmanında əksini tapıb.
Fərmana əsasən, Nazirlər Kabineti iki ay müddətində:
- Agentliyin nizamnaməsinin layihəsini, habelə nizamnamə fondunun miqdarı barədə təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim edəcək;
- “Aqroparklar haqqında Nümunəvi Əsasnamə”nin layihəsini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim edəcək;
Agentlik dövlət qeydiyyatına alındığı gündən bir ay müddətində:
- Agentliyin maddi-texniki təminatı məsələlərinin həlli üçün tədbirlər görəcək;
- “Sumqayıt Kimya Sənaye Parkı” Məhdud Məsuliyyətli Cəmiyyətinin balansındakı əmlakın Agentliyin balansına verilməsini təmin edəcək.
Həmçinin, bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.