“Ermənistan hakimiyyəti "Qarabağ Ermənistandır" deməklə bütün danışıqları məhv etdi”. “Qafqazinfo” xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev bu gün xalqa müraciətində deyib.
Ölkə başçısı Minsk Qrupu həmsədrlərini müharibədən öncə xəbərdar etdiyini deyib:
“Dəfələrlə mən Minsk Qrupu ölkələrinə, Aİ nümayəndələrinə demişdim ki, təsir edin Ermənistana, belə olmaz.
Güclü təzyiq olmasa, Ermənistan quduracaq. Eşitmədilər məni. Mən istəyirdim sülh yolu ilə həll olunsun. Hesab edirdilər ki, Azərbaycan bununla barışacaq. Hesab edirdilər ki, Şuşa tapdaq altına qalacaq, mən bununla barışacam? Görüm indi Şuşada andiçmə mərasimi keçirə biləcəklər? İndi orada yas mərasimi keçirəcəklər”.