«Bu gün Azərbaycan Avrasiyada nəqliyyat mərkəzlərinin birinə çevrilib».
Prezident İlham Əliyev xalqa - MÜRACİƏT ETDİ - TAM MƏTN
FED.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev bu gün Heydər Əliyevin 100 illiyi münasibətilə Şuşadan Azərbaycan xalqına müraciətində bildirib.
Prezident xatırladıb ki, məhz Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycanda Avropa-Qafqaz-Asiya beynəlxalq nəqliyyat dəhlizinə dair mötəbər beynəlxalq konfrans keçirilib.
FED.az xatırladır ki, söhbət 1998-ci ilin sentyabrında keçirilən TRASEKA dəhlizinə aid konfransdan gedir. Bu tədbirə çoxsaylı ölkələrdən iştirakçılar dövlət və hökumət rəhbərləri qatılmış, hətta Ermənistan baş naziri də gəlmişdi. Həmin toplantıda yeni nəqliyyat dəhlizinin Ermənistan üçün də faydaları açıqlanmış, amma Heydər Əliyev elan etmişdi ki, Ermənistan torpaqları azad etməyincə bu layihədə iştirak etməyəcək.
İlham Əliyev bildirib ki, məhz həmin günlərdə indi Orta Dəhliz didiyimiz layihənin bünövrəsi qoyuldu: «Avropa-Qafqaz-Asiya - bu dəhlizin Azərbaycan üzərindən keməsi o illərdə şərtləndirildi: «Halbuki bəziləri bunu istəmirdi».
Prezident elan edib ki, indi də bəzi qüvvələr Azərbaycanı nəqliyyat dəhlizi layihəsinən kənarda saxlamağa çalışır: «Əfsuslar olsun ki, bu gün də bəziləri Azərbaycanı bu strateji layihədən kənarda qoymaq istəyirlər, amma onların arzuları onların gözlərində qalacaq»-deyə dövlət başçısı bildirib.
Xatırladaq ki, bir neçə gün əvvəl Türkiyədə prezidentliyə namizədlərdən biri olan Kamal Kılıcdaroğlu elan edib ki, prezident seçiləcəyi təqdirdə Çindən Türkiyəyə uzanan nəqliyyat dəhlizi layihəsini reallaşdıracaq. Onun nümayiş etdirdiyi xəritədən görünürdü ki, bu layihədə Azərbaycan yer almayacaq, dəhliz Azərbaycandan yan keçməklə, İrandan keçirdi.
Kılıcdaroğlunun bu ideyası Azərbaycan və Türkiyənin özündə etirazlarla qarşılanmışdı.