Prezident İlham Əliyev “Elektron ipoteka və kredit zəmanət” sistemi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə fərman imzalayıb.
FED.az xəbər verir ki, fərmana əsasən, sahibkarlıq kreditləri üzrə təminatların və faiz subsidiyalarının verilməsi ilə elektron sistemə ötürülən məlumatların siyahısına daha biri əlavə edilib.
Bu, investisiya təşviqi sənədi almış və ya cari ildə ixrac təşviqi ödənilmiş sahibkar investisiyanın həyata keçirildiyi müvafiq iqtisadi fəaliyyət sahəsi üzrə ayrılan kreditlər üçün müraciət etdikdə, müvafiq təsdiqedici sənədlərə dair məlumatlardır.