Azərbaycanda büdcə xərclərinə və dövlət xətti ilə satınalmalara nəzarət gücləndirilməlidir.
FED.az xəbər verir ki, bu barədə 2020-ci ilin yekunlarına həsr olunan müşavirədə prezident İlham Əliyev bildirib.
Prezident bildirib ki, bəzi hallarda dövlət xətti ilə alınan malların qiyməti şişirdilir, üstəlik lazım olmayan mallar alınır:
«Xərclərə nəzarət gücləndirilməlidir. Xüsusilə dövlət xətti ilə alınan mallara da çox ciddi nəzarət olmalıdır. Çünki bəzi hallarda orada şişirtmələr də olur. Bəzi hallarda dövlət təşkilatları, necə deyərlər, öz rahatlıqları üçün lazım olmayan bir çox mal-material, əşya alırlar. Belə hallar var. Xaricdən avtomobillər, texnika, mebel alırlar. Buna son qoyulmalıdır. Biz bütün bu yersiz xərclərə son qoymalıyıq. Ona görə, xərclərə nəzarət daha güclü olmalıdır və baxın, bəlkə də hansısa əlavə bir nəzarət mexanizmi də tətbiq edilə bilər».