Xəbər verildiyi kimi, Ağ Evdə ABŞ və Azərbaycan prezidenti, Ermənistanın baş nazirinin iştirakı ilə tarixi sənəd imzalandı.
FED.az xəbər verir ki, Azərbaycan prezidenti İlham Əliyev çıxış edərək ilk növbədə bu dəvətə görə prezident Trampa təşəkkür etdi.
Prrezident bildirdi ki:
«Biz bu gün tarixi gün yaşayar və tarixi günə imza atırıqö Artı qiki ölkə arasında strateji tərəfdaşlıq başlayır. Qarşıdakı bir neçə ayda sənədlər və mətnlər hazırlanacaq.
Bu Azərbaycan üçün tarixi an, böyük imkan və məsuliyyətdir. Artıq Azərbaycanla ABş arasında iqtisadi əlaqələr, invetsiiya, logistika, nəqliyyat, energetika və terrorizmə qarşı əlaqələr yüksək səviyyədə inkişaf edəcək. Bu imknalardan istifadə edib ölkə iqtisadiyyatını daha da inkişaf etdirəcəyik».
İlham Əliyev Azərbaycana qarşı hələ 92-ci ildə tətbiq olunan 907-ci düzəlişin ləğv etməsinə görə prezident Trampa təşəkkür etdi.
«Bu gün həqiqətən də Azərbaycanın yaddaşına həkk olunacaq. Böyük təşəkkür hissi ilə Trampa və onun vizionunu qeyd etmək istəyirəm. O təkcə Qafqazda deyil, digər regionlarda da münaqişələrin azaldılmasına böyük töhvələr verdi. Trampın komandası olmasaydı biz hələ də bitib tükənməyən danışıqlar prosesində qalacaqdıq.
Azərbaycan və Ermənistan eyni ərəfədə müstəqil oldu, amma hələ onda biz artıq münaqişədə idik və biz bir çox illəri itirdik, böyük itkilər oldu.
İndi isə sülh başlayır, biz Trampa olduqca minnətdarıq. Bizim xalqlarımız da barışacayıq və uğurla irəli gedəcəyik. Mən çox sevinirəm və bu etdiklərinizə görə sizə, cənab prezidentə minnətdaram».