Ermənistan silahlı qüvvələri Xızı rayonu ərazisinə raket zərbələri endirib.
FED.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev özünün “Twitter” hesabındakı paylaşımında bildirib.
Hikmət Hacıyev qeyd edib ki, Xızı və Abşeron bölgəsinə iki ədəd 300 kilometr məsafəli orta mənzilli raket atılıb.
O, həmçinin əlavə edib ki, ölkənin ikinci ən böyük şəhəri olan Gəncəyə 4+ kasset tipli “Smerç” raketləri, Su anbarı və elektrik stansiyasının olduğu Mingəçevir şəhərinə isə iki raket atılıb.