Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Ermənistanın son təxribatları ilə bağlı İsrailin “Walla” portalına müsahibə verib.
FED.az xəbər verir ki, O, çıxışında sentyabrın 27-dən Ermənistan Silahlı Qüvvələrinin cəbhə boyu törətdiyi təxribatlar, bu fonda cəbhədə baş verənlərdən, işğal edilmiş bəzi ərazilərin azad olunmasına da diqqət çəkib.
Prezidentin köməkçisi Azərbaycan ordusunun düşmənə qarşı istifadə etdiyi silahlardan danışıb.
O, Dağlıq Qarabağdakı döyüşlərdə İsrail istehsalı olan PUA-lardan istifadə etdiyini bildirib:
“Ermənilər qorxurlarsa, işğalı dayandırmalıdırlar”.
OXU.az