Dövlət Sərhəd Xidmətinin struktur qurumlarında və hərbi hissələrində müddətli həqiqi hərbi xidməti başa vuran hərbi quluqçuların Silahlı Qüvvələrin ehtiyatına buraxılması həyata keçirilir.
FED.az xəbər verir ki, hərbi hissələrin Döyüş bayrağının sıra meydanına gətirilməsi ilə başlayan tədbirlərdə Dövlət Himni səsləndirilmiş, Ümummilli Lider Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Xidmətdə fərqlənmiş hərbi qulluqçular təltifləndirilərək onlara Vətənə şərəfli xidmətlərinə görə təşəkkür edilmiş, gələcəkdə cəmiyyətimizə layiqli vətəndaş olmaları arzulanmışdır.
Hərbi qulluqçular üçrəngli bayrağımızı öpüb, xidmət dövründə qazandıqları müsbət vərdiş və keyfiyyətlərə görə minnətdarlıq bildirmişlər.
Tədbirin sonunda sərhədçi əsgərlər hərbi orkestrin müşayiəti ilə təntənəli şəkildə yola salınmışdır.