Dövlət başçısının fərmanı ilə qərara alınıb ki, 28 sentyabr saat 00:00-dan etibarən bütün ölkə üzrə hərbi vəziyyət elan edilsin.
FED.az Banker.az-a istinadən xəbər verir ki, fərmanda o da bildirilir ki, bununla yanaşı, bir çox regionda komendant saatı tətbiq olunsun.
Komendant saatı vaxtında küçələrdə və ya digər ictimai yerlərdə olmağa görə – xəbərdarlıq edilir və ya əlli manat məbləğində cərimə edilir. Bundan başqa Nəqliyyat vasitələrinin hərəkətinə qoyulmuş məhdudiyyətin pozulmasına görə – fiziki şəxslərə xəbərdarlıq edilir və ya onlar otuz manatdan əlli manatadək məbləğdə, vəzifəli şəxslər yüz manatdan yüz əlli manatadək məbləğdə, hüquqi şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir.