Gürcüstanın müxalif “Aqmaşenebeli strategiyası” birliyi və Leyboristlər Partiyası da yeni parlamentdə təmsil olunmaqdan imtina edib.
FED.az xəbər verir ki, hər iki siyasi təşkilat seçkilərin nəticələrini tanımadığını bildirib.
“Vətəndaşlar - Eliko Elisaşvili” hərəkatı da deputat mandatlarından imtina barədə qərar verib.
“Aqmaşenebeli strategiyası” seçkilərdə 3,15% səs (4 mandat), “Leyboristlər” 1% (1 mandat), “Vətəndaşlar - Eliko Elisaşvili” hərəkatı isə 1,33% (2 mandat) əldə edib.
Beləliklə, qanunverici orqanı bütün müxalifət partiyaları boykot edib.