Fransada tətbiqi planlaşdırılan yeni vergi ödəmələri planı ləğv edilib.
FED.az xəbər verir ki, “Hürriyet”in yazdığına görə, bunu Fransanın Baş naziri Eduard Filipp bildirib.
O, bu qərarı parlamentdə təmsil olunan siyasi partiyaların deputatları ilə görüşdə açıqlayacaq.
Qeyd edək ki, noyabrın 17-dən benzinə tətbiq edilən verginin 2,9 faiz, dizelə isə 6,5 faiz artırılacağına qarşı Fransada “sarı jiletlilər”in etiraz aksiyası keçirilir. Bu vergi ödəməsinin 2019-cu il yanvarın 1-dən həyata keçirilməsi planlaşdırılmışdı.