Azərbaycanın Baş Prokurorluğu Ermənistanın Azərbaycanın mülki əhalisinə qarşı hücumları ilə bağlı yeni məlumat yayıb.
Qurumun Mətbuat Xidmətindən FED.az-a verilən məlumata görə, Ermənistan silahlı qüvvələrinin hücumları nəticəsində 47 mülki şəxs qətlə yetirilib, 222 nəfər isə yaralanıb.
Yararsız vəziyyətə düşmüş mülki obyektlərin sayı 301, çoxmənzilli yaşayış binalarının sayı 84, yaşayış evlərinin sayı isə 1 669-dir.