Türkiyə prezidenti Rəcəb Tayib Ərdoğan İstanbul Bələdiyyəsinə seçkilərdə səslərin təkrar sayılmasına münasibət bildirib. FED.az xəbər verir ki, Türkiyə dövlət başçısı İstanbuldakı seçkilərdə kütləvi saxtakarlıqlarınoluğunu bildirib: «Təkcə bir neçə seçki məntəqəsində yox, demək olar ki, İstanbulun bütün seçki məntəqələrində saxtakarlıq olub».
Ərdoğanın sözlərinə görə, seçki qutularından bülletenlər oğurlanıb: «Qanunsuzluqlarla bağlı prokurorluqlara müraciətlər olub. Prokurorluq orqanları müraciətləri araşdıracaq. Arzu edirəm ki, ən ideal nəticəni ortaya qoya bilək. Mütəşəkkil cinayətlərin işləndiyini görürük. Kamera görüntüləri var. Heç kimin 13-14 min səs fərqi ilə «İstanbulda bələdiyyə seçkisində qalib gəldim» demək haqqı yoxdur», - deyə o əlavə edib.
Türkiyənin seçki qurumunun – Yüksək Seçim Kurulunun (ÜSK) rəhbəri Sadi Güven bu barədə daışmaq istəməyib: «Araşdırma müddəti davam edir, bu barədə hər hansı açıqlama verə bilmərəm».
Eləcə də bax: Dövlət qulluqçusunun maaşından vergi belə tutulur - NAZİRLİKDƏN AÇIQLAMA