Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində (ƏƏSNM) daha bir dəyişiklik baş verib.
FED.az xəbər verir ki, Nərimanov rayon məşğulluq mərkəzinin direktoru Qurban Nəzərov tutduğu vəzifədən kənarlaşdırılıb. Digər əmrlə Q.Nəzərov Bakı Şəhər Məşğulluq İdarəsinin direktor müavini təyin olunub.
Nərimanov rayon məşğulluq mərkəzinin direktoru vəzifəsi isə müvəqqəti olaraq müavini Rövşən Məmmədova həvalə olunub.
Xəbəri Nərimanov rayon Məşğulluq Mərkəzindən təsdiqləyiblər.
Onu da nəzərə çatdıraq ki, Qurban Nəzərov uzun illər "Azərbaycan Dəmir Yolları” QSC-də yüksək vəzifələrdə çalışıb. Nərimanov rayon məşğulluq mərkəzinin direktoru vəzifəsinə təyin olunanadək "Azərbaycan Dəmir Yolları” QSC-nin sədr müavini olub.
Eləcə də bax: Baş Prokurorluğun mətbuat xidmətində - YENİ TƏYİNAT
©Mia.az