Azərbaycanda Milli Elmlər Akademiyasının (AMEA) işçilərinin sayı 3 dəfə azaldılıb.
FED.az xəbən verir ki, bu barədə Nazirlər Kabinetinin sentyabrın 30-də qəbul etdiyi qərarda nəzərdə tutulur.
Qərara əsasən Azərbaycan Milli Elmlər Akademiyasının strukturu təsdiq edilib. Akademiyanın büdcədən maliyyələşdirilən işçilərinin say həddi isə 3510 nəfərə endirilib.
Xatırladaq ki, indiyədək akademiyanın büdcədən maliyyələşdirilən işçilərinin sayı 11200 nəfər idi. Başqa sözlə, yeni qərarla işçilərin sayı təqribən 70% və ya 3 dəfədən çox azaldılıb.
Azərbaycan Milli Elmlər Akademiyasının S T R U K T U R U
1. Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin Aparatı.
2. Azərbaycan Milli Elmlər Akademiyasının elmi müəssisələri:
2.1. Respublika Seysmoloji Xidmət Mərkəzi;
2.2. Abbasqulu Ağa Bakıxanov adına Tarix İnstitutu;
2.3. Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutu;
2.4. Akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutu;
2.5. Fəlsəfə və Sosiologiya İnstitutu;
2.6. Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu;
2.7. Nəsimi adına Dilçilik İnstitutu;
2.8. Memarlıq və İncəsənət İnstitutu;
2.9. Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu;
2.10. Folklor İnstitutu;
2.11. Qafqazşünaslıq İnstitutu;
2.12. “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzi;
2.13. Lənkəran Regional Elmi Mərkəzi;
2.14. Şəki Regional Elmi Mərkəzi;
2.15. Mərkəzi Elmi Kitabxana;
2.16. “Elm” Nəşriyyatı.
3. Naxçıvan bölməsinin Aparatı.
4. Naxçıvan bölməsinin tabeliyində olan elmi müəssisələr:
4.1. Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutu;
4.2. İncəsənət, Dil və Ədəbiyyat İnstitutu;
4.3. Əlyazmalar Fondu.
5. Gəncə bölməsinin Aparatı.
6. Gəncə bölməsinin tabeliyində olan elmi müəssisələr:
6.1. Humanitar Tədqiqatlar İnstitutu;
6.2. Diyarşünaslıq İnstitutu;
6.3. Nizami Gəncəvi Mərkəzi.