Dövlət

Əli Əsədov kadr islahatlarına başlayıb - İŞDƏN AZAD EDİLDİLƏR

Əli Əsədov kadr islahatlarına başlayıb - İŞDƏN AZAD EDİLDİLƏR | FED.az
09:28 23 Okt 2019

Yeni təyin olunan Baş Nazir Əli Əsədov Nazirlər Kabinetində kadr islahatlarına başlayıb.

FED.az xəbər verir ki, “Report”un əldə etdiyi məlumata görə, Ə.Əsədovun müvafiq əmri ilə Nazirlər Kabinetinin İşlər müdiri Adil Əhmədov, Baş Nazirin köməkçiləri Tofiq Sarıcalinski və Natiq Əzizov vəzifəsindən azad ediliblər.

Eləcə də bax: Əli Əsədov hökumətdəki bu vəzifəni - KİMƏ HƏVALƏ EDƏCƏK?

Həmin vəzifələrə hələlik yeni təyinat olmayıb.

Xatırladaq ki, Prezident İlham Əliyevin oktyabrın 8-də imzaladığı sərəncamla Əli Əsədov Baş Nazir təyin edilib.

 

Digər xəbərlər