Azərbaycan Ordusunun bölmələri Ermənistan silahlı qüvvələrinin Füzuli istiqamətində yerləşən 4-cü taboru ağır artilleriya atəşinə tutub.
Bu barədə FED.az-a Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən bildirilib.
Qeyd edilib ki, düşmən canlı qüvvə və hərbi texnika baxımından xeyli sayda itki verib.