Azərbaycan Silahlı Qüvvələri torpaqlarımız işğaldan azadetmə əməliyyatlarında müxtəlif növ silahlarla düşmənə ağır zərbələr vurur.
İşğaldan azad olunmuş ərazilərdə müvəqqəti xüsusi idarəetmə yaradılır - FƏRMAN
FED.az Reaktiv Yaylım Atəşi Sistemləri barədə maraqlı məlumatları təqdim edir
Reaktiv Yaylım Atəş Sistemi — birdən çox raket atma qabiliyyətinə sahib, təkərli və ya tırtıllı maşınlara əlavə olunan silahlardır.
9K58 “Smerç” (BM-30)
Katyuşa nəslindən olan reaktiv yaylım atəşi sistemidir. Bu sistem 1970-ci illərin sonunda SSRİ dövlət tabeçiliyində olan Splav (Tula) silah hazırlama zavodunda yaradılmışdır. NATO bu sistemi ilk dəfə olaraq 1983-cü ildə müşahidə etdiyindən ona M1983 adı verilmişdir. "Smerç" qısa məsafəli ballistik raket sistemi olan FROG-7-ni əvəz etmişdir.
Lülə sayı 12 olan atəş sisteminin maksimum atış məsafəsi 90–124 km-dir. V-12 dizel mühərrikli, 525 at gücünə malik motorun maksimal sürəti 60 km/saatdır, mənzilə çatma məsafəsi isə 900 kmdir.
"Smerç" sistemi dördoxlu MAZ-543M yük avtomobilinin üzərində yerləşdirilmiş 300 mm çaplı 12 boru paketindən ibarətdir. Bu sistem bütün raketləri 38 saniyəyə ata bilir. Atılmış yerləri raketlə yükləmək üçün 36 dəqiqə vaxt lazımdır. Tərkibində dörd "Smerç" sistemi olan baterya 48 ədəd raketlə təxminən sahəsi 800x800 m olan ərazini məhv edə bilir. Onun maksimal atış məsafəsindən atəş zamanı verilmiş nişandan meyillənməsi 150 m həddindədir.
Xüsusiyyətləri
Ağırlığı: 43.7 ton
Sürət: 60 km/s
Əsas silah: 9M55 və ya 9M528 raketi
Uzunluğu: 12 m
Eni: 3.05 m
Hündürlüyü: 3.05 m
Ekipaj: 3
Kalibr: 300 mm
Maksimum məsafə: 850 km.
TOS-1
TOS-1- 220 mm-lik, 30 və ya 24 borulu Sovet istehsalı ağır odsaçan artilleriya sistemi. İlkin versiyası 1988-ci ildə hazırlanıb. T-72 tankının şassisi üzərində yerləşir. TOS-1 açıq və ya qapalı ərazidə yerləşən düşmənin istər şəxsi heyətini, istərsə də zirehli texnikasını məhv etmək üçün hazırlanmışdır. İlk döyüş testləri 1988-1989-cu illərdə Sovet ordusu tərəfindən Əfqanıstan müharibəsində yerinə yetirilib. “Solntsepyok” sisteminin idarəolunmayan reaktiv termobarik döyüş başlığının ən böyük təsir effekti dağlıq ərazilərdə əldə olunur. Döyüş maşınının çəkisi 44.3 ton, uzunluğu 7240 mm, hündürlüyü 3073 mm, eni 3580 mm, şossedə sürəti 60 km/saat, ehtiyat gediş məsafəsi 550 kilometrdir. 1.2 metr hündürlükdə olan maneələri də asanlıqla aşmağa qadirdir.
Maksimum atış məsafəsi 550 km olan sistem V-84 dizel mühərrikli 840 at gücünə malik motorun maksimal sürəti 60 km/saatdır.
Ağırlığı: 45.3 ton
Uzunluğu: 9.5 m
Eni: 3.6 m
Hündürlüyü: 2.22 m
Ekipaj: 3
Motoru: V-84 Dizel
Motor gücü: 840 at gücü (630 kV)
Maksimum məsafə: 550 km
Sürəti: 60 km/s
Atəş tezliyi: 30 atəş/15 saniyədə
BM-21 Qrad
Qrad- Sovet istehsalı 122 mm reaktiv yaylış atəş sistemidir. “Katyuşa” sisteminin bazasında yaradılmış bu sistem “Ural-375” və ya “Ural-4320” avtomobillərinin üzərində quraşdırılır. NATO ölkələrində sistem M1964 adı ilə tanınır. Hədəfi vurma məsafəsi 30 km-dir. Bir dəfəyə 40 ədəd mərmi atır. Çapı 122 mm-dir. Ağırlığı 13.71 ton, hündürlüyü 3.09 m, eni 2.40 m, uzunluğu isə 7.35 m olan sistemin maksimum atış məsafəsi 405 km-dir. Qrad sistemi növündən asılı olaraq “Ural-375” və “Ural-4320” avtomobillərinin üzərində quraşdırılır. “Qrad-1” modifikasiyası üçün ZİL-131 avtomobili tətbiq olunur. Atıcı qurğunun hərəkət sürəti 75–90 km/saat arasında yerləşir. Sistemdə atəşin avtomatik idarə edilməsi üçün “Vivariy” kompleksi tətbiq edilir.
Ağırlığı: 13.71 ton
Şose sürəti: 75 km/s
Uzunluğu: 7.35 m
Eni: 2.40 m
Hündürlüyü: 3.09 m
Ekipaj: 3
Mərminin başlanğıc sürəti: 2 atış/saniyə
Maksimum məsafə: 405 km (Report).