Almaniya Federativ Respublikasının Prezidenti Frank-Valter Ştaynmayer aprelin 1-də Azərbaycan Respublikasına rəsmi səfərə gəlib.
FED.az hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Almaniya Prezidentini Frank-Valter Ştaynmayeri hava limanında Azərbaycan Respublikası Baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Fariz Rzayev və digər rəsmi şəxslər qarşılayıblar.
Xatırladaq ki, Almaniya prezidenti Frank-Valter Ştaynmayerin bir gün əvvəl, martın 31-də Ermənistanda səfərdə olarkən qondarma «Dağlıq Qarabağ»ın bayrağı ilə post paylaşması Bakı ilə Berlin arasında diplomatik gərginlik yaradıb.
Martın 31-də Almaniyanın Azərbaycandakı səfiri Ralf Horlemann Xarici İşlər Nazirliyinə çağırılıb.
FED.az xəbər verir ki, səfirlə görüş zamanı, Almaniya Federativ Respublikasının Prezidenti Frank-Valter Ştaynmayerin Ermənistana səfəri çərçivəsində rəsmi Instagram səhifəsində Azərbaycanın keçmiş işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimin “bayrağını” paylaşmaqla ölkəmizin ərazi bütövlüyü və suverenliyinə qarşı edilmiş paylaşıma görə kəskin etiraz bildirilib.