Prezident İlham Əliyev “Sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) 2020-ci il büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliyi təsdiqləyib.
Eləcə də bax: Prezident dövlət büdcəsinə dəyişiklikləri - TƏSDİQLƏYİB
FED.az xəbər verir ki, dəyişikliyə əsasən, 2020-ci il üçün Dövlət Sosial Müdafiə Fondunun (DSMF) büdcəsinin gəlirləri və xərcləri azaldılıb.
Belə ki, DSMF-nin 2020-ci il büdcəsinin gəlirləri 4 milyard 784 milyon 700 min manat, xərcləri 4 milyard 784 milyon 700 min manat məbləğində təsdiq edilib.
İndiyə qədər isə DSMF-nin 2020-ci il büdcəsinin gəlirləri 4 825 508 800,0 manat, xərcləri 4 825 508 800,0 manat məbləğində təsdiq edilib.
"apa"