2025-ci ilin birinci rübündə dövlət büdcəsində 3 milyard 3 milyon manatdprofisit yaranıb.
FED.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
2025- ci ilin yanvar-aprel aylarında dövlət büdcəsinə 13 milyard 964,9 milyon manat vəsait daxil olub, büdcədən 10 milyard 961,9 milyon manat vəsait xərclənib. İlik müqayisədə gəlirlər 5,3%, xərclər 2% artıb.
Nəticədə, büdcənin icrasında 3 milyard 3 milyon manatlıq profisit yaranıb.