“Bəzi hallarda soruşurlar, bəs sizin şərtiniz nədir? Mənim şərtim birdir: çıxsın bizim torpaqlarımızdan. Çıxsın, dayansın qarşıdurma. Amma sözdə yox, əməldə”.
FED.az xəbər verir ki, bu barədə prezident İlham Əliyev xalqa müraciətində Ermənistan rəhbərliyinə şərtlərini açıqlayarkən deyib:
“Desin ki, mən Azərbaycanın ərazi bütövlüyünü tanıyıram. Necə ki, baza prinsiplərində bu təsdiq edilib. Mən işğal edilmiş torpaqlardan qoşunlarımı çıxaracam. Necə ki baza prinsiplərində bu təsdiq edilib. Desin ki, mən Azərbaycan xalqından üzr istəyirəm. Və desin ki, Qarabağ Ermənistan deyil.
Onun sözlərinə görə, Azərbaycan qoşunlarının hücumunu dayandırması üçün erməni tərəfi bir neçə şərti yerinə yetirməlidir. Bunlar aşağıdakılardır:
1. Erməni qoşunları Azərbaycan ərazisini tərk etməlidir. Bu danışaqların aparıldığı baza prinsipləərdə nəzərdə tutulub.
2. Ermənistan, Azərbaycanın ərazi bütövlüyünü tanımalıdır.
3. Ermənistan rəhbərliyi Azərbaycan xalqından üzr istəməlidir.
4. Paşinyan bəyan etməlidir ki, Qarabağ Ermənistan torpağı deyil.
5. Ermənistan tərəfi qoşunların azərbaycandan çıxarılması ilə bağlı qrafik təqdim etməli və bu qrafik əsasında ölkəni tərk etməlidirlər.
«Bu şərtlər yerinə yetirilsə, biz hücumu dayandıra bilərik, baxmayaraq ki, indiki məqamda bu asan məsələ deyil. Çünki biz dayansaq, onlar dayanmayacaq. Amma hər halda bunun üzərində işləmək olar»-deyə prezident bildirib.