Prezident İlham Əliyev “Sosial müavinətlər haqqında” qanuna dəyişikliyi təsdiqləyib.
FED.az xəbər verir ki, dəyişikliyə əsasən Azərbaycanın işğaldan azad edilmiş ərazilərində işləyən mütəxəssislərə ilkin maddi-məişət şəraitinin dəstəklənməsi üçün 600 manat müavinət veriləcək.
Qeyd edək ki, bu müavinət birdəfəlikdir.
Bu müavinət 2023-cü il yanvarın 1-dən 2028-ci il yanvarın 1-dək veriləcək.