Prezident İlham Əliyev İxtiraçılıq fəaliyyətinin stimullaşdırılması haqqında fərman imzalayıb.
Prezident Qəbələyə böyük vəsait ayırdı - MƏBLƏĞ, SƏRƏNCAM
FED.az xəbər verir ki, fərmana əsasən bundan sonra Azərbayxan şirkətlərinə və şəxslərinə məxsus olan ixtiraların və faydalı modellərin beynəlxalq sistemlərdə təsdiqlənməsi xərcinin yarısını dövlət ödəyəcək.
Azərbaycanda dövlət qulluqçuları tənbeh edildi: Maaşları azaldı, vəzifələri kiçildi – SİYAHI
Fərmanda deyilir ki, Azərbaycan Respublikasında ixtiraçılıq fəaliyyətini stimullaşdırmaq və bu sahəyə dövlət dəstəyi göstərmək məqsədilə ixtiraların və faydalı modellərin Patent Əməkdaşlıq Sazişi (PCT) beynəlxalq sistemi vasitəsilə xarici dövlətlərdə patentləşdirilməsi və onların ilk üç il müddətində qüvvədə saxlanılması üçün Azərbaycan Respublikasının vətəndaşı olan hüquq sahiblərinin ödədikləri xərclərin 50 faizi dövlət tərəfindən maliyyələşdiriləcək.
Fərmanda Nazirlər Kabinetinə taphırılıb ki, sözügedən xərclərin dövlət tərəfindən maliyyələşdirilməsi qaydasını Azərbaycan Prezidenti ilə razılaşdırmaqla üç ay müddətində təsdiq etsin.
Maliyyə Nazirliyi fərmanda nəzərdə tutulan maliyyələşməni həyata keçirmək üçün tələb olunan vəsaitin hər il dövlət büdcəsindən Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinə ayrılmasını təmin edəcək.
Öz növbəsində Əqli Mülkiyyət Agentliyi bu Fərmandan irəli gələn məsələlərin həlli üçün zəruri tədbirlər görməlidir.