Nazirlər Kabineti İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin işçilərinin aylıq vəzifə maaşlarının təsdiq edilməsi barədə Qərarında dəyişiklik edib.
FED.az xəbər verir ki, minimum əmək haqqının artırılması haqqında prezidentin sərəncamlarına, o cümlədən 2021-ci il 17 dekabr tarixli 3051 nömrəli Sərəncamının 2.2-ci bəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti Dövlət Vergi Xidmətinin işçilərinin aylıq vəzifə maaşlarının təsdiq edilməsi barədə özünün 2021-ci il 28 oktyabr tarixli 319 nömrəli Qərarı ilə təsdiq edilmiş 5 nömrəli əlavəyə dəyişiklik edib.
Qərara əsasən Dövlət Vergi Xidmətinin Aparatı, strukturuna daxil olan qurumlar və strukturuna daxil olmayan tabeliyindəki qurumlar üzrə xidmət heyətinin aylıq vəzifə maaşları yeni redaksiyada təsdiq edilib.
Vergi əməkdaşlarının maaşlarının məbləği açıqlanmasa da, dəyişiklik artım istiqamətindədir. Bu Qərar 2022-ci il yanvarın 1-dən tətbiq edilir.