Azərbaycan Respublikasının ərazisində elan edilmiş hərbi vəziyyətlə əlaqədar tətbiq edilən komendant saatı müddətində qida məhsullarının və onlar üçün xammal istehsalı sahəsində çalışanlara “icaze.e-gov.az” portalı vasitəsilə icazə veriləcək.
FED.az xəbər verir ki, bu, “Nazirlər Kabinetinin Azərbaycan Respublikasının ərazisində elan edilmiş hərbi vəziyyətlə əlaqədar bəzi məsələlərin tənzimlənməsi barədə” qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının ərazisində elan edilmiş hərbi vəziyyətlə əlaqədar tətbiq edilən komendant saatı müddətində fəaliyyətinə icazə verilən sahələrin siyahısında əksini tapıb.
Qərara əsasən, qida məhsullarının və onlar üçün xammal istehsalı, qida məhsullarının tədarükü, təchizatı, saxlanması və topdan satışı ilə məşğul şəxslər “icaze.e-gov.az” portalında qeydiyyatdan keçməklə fəaliyyət göstərə biləcək.