ABŞ Prezidenti Donald Tramp, Pakistana artıq ödəmə etməyəcəklərini bildirib. Tramp, "Pakistana artıq milyardlarla dollar ödəmə etməyəcəyik, çünki pulumuzu alıb bizim üçün heç nə etmirlər" - deyib.
ABŞ Prezidenti Donald Tramp, "Twitter" hesabı ilə verdiyi açıqlamada Pakistanı hədəf alıb.
"Pakistana artıq milyardlarla dollar ödəmə etməyəcəyik, çünki pulumuzu alıb bizim üçün heç nə etmirlər", qeyd edən Tramp, bu vəziyyətə, CIA-nın Usama bin Ladeni Pakistanda tutmasını misal göstərib.
Tramp, "Əlbəttə ki, Usama bin Ladeni daha əvvəl tutmağımız lazımdı. Dünya Ticarət Mərkəzi hücumu ərəfəsində bu məsələdən kitabımda bəhs etmişəm. Klinton (Bill) şansını qaçırdı. Pakistana milyardlarla dollar ödəmə etmişik, bizə (bin Ladenin) orada yaşadığını belə demədilər. Axmaqlar", - ifadəsini istifadə edib.
ABŞ Prezidenti bundan sonra ölkəsinin "qarşılıq almadan pul ödəməyəcəyini" də qeyd edib.