Azərbaycanda reklam qurğularının tikintisinə nəzarət qaydaları dəyişib. FED.az xəbər verir ki, bu prezident İlham Əliyevin təsdiqlədiyi Şəhərsalma və Tikinti Məcəlləsinə dəyişikliklərdə nəzərdə tutulub.
Məcəlləyə edilən dəyişikliklərdən birinə görə, sahəsi 60 kvadratmetrdən az olan reklam qurğularının tikintisinə icazə tələb olunmur.
Bundan başqa, indiyədək ölçülərindən asılı olmayaraq istəniən reklam qurğusunun quraşdırılması üçün icazə tələb olunurdusa, indi bu tələb yalnız sahəsi 60 kvm-dan artıq olan qurğulara şamil ediləcək.
Eləcə də bax: Prezident rayona pul ayırdı - SƏRƏNCAM