Prezident İlham Əliyev «Bələdiyyələrin statusu haqqında» qanuna dəyişiklikləri təsdiqləyib.
ELƏCƏ DƏ BAX : «Dövlət rüsumu haqqında» - QANUN DƏYİŞDİ
FED.az xəbər verir ki, dəyişikliklərə əsasən, qanunda:
1. 10-1-ci maddəyə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilib:
“Müvafiq icra hakimiyyəti orqanı bələdiyyə üzvləri və qulluqçularının peşəkarlıq səviyyəsinin artırılması məqsədilə xarici dövlətlərin yerli özünüidarəetmə orqanları, onların assosiasiyaları və ixtisaslaşdırılmış təşkilatları ilə təcrübə mübadiləsini təşkil edir.”.
2. Aşağıdakı məzmunda 49-1-ci maddə əlavə edilib:
“Maddə 49-1. Bələdiyyə fəaliyyətinin təşkilinə kömək göstərilməsi
Müvafiq icra hakimiyyəti orqanı bələdiyyələrin fəaliyyətinin təşkilinə kömək edir və onlara yerli özünüidarəetmə fəaliyyətinin qanunauyğun həyata keçirilməsi sahəsində metodoloji yardım göstərilməsi üzrə tədbirlər görür.”.