Prezident İlham Əliyev “Bələdiyyələrin maliyyəsinin əsasları haqqında” Qanununa dəyişiklikləri təsdiqləyib.
FED.az xəbər verir ki, dəyişikliklərə əsasən sözügedən qanunun 7-ci maddəsində aşağıdakı dəyişikliklər edilsin:
1. 1.5-ci bənd aşağıdakı redaksiyada verilsin:
“1.5. bələdiyyə mülkiyyətində olan daşınmaz əmlak üzərində reklam daşıyıcısının yerləşdirilməsi ilə bağlı ödəniş;”.
2. 1.8-ci bənddə “və icarəyə” sözləri “, icarəyə və istifadəyə” sözləri ilə əvəz edilsin.
3. 2-ci hissənin ikinci cümləsində “torpaqlarda, binalarda və digər obyektlərdə açıq məkan reklamına görə ödənilən haqqın” sözləri “daşınmaz əmlak üzərində reklam daşıyıcısının yerləşdirilməsi ilə bağlı ödənişin” sözləri ilə əvəz edilsin.