Nərimanov rayon İcra Hakimiyyətinin təsərrüfat şöbəsinin müdiri Rəşid Ağayev Bakı şəhər İcra Hakimiyyətinin Əsаslı Tikinti və Təmir Şöbəsinin müdiri vəzifəsinə gətirilib.
FED.az xəbər verir ki, Bakucity.az-ın məlumatına görə, Rəşid Ağayevlə Eldar Əzizov illər əvvəl Bakı şəhər Nizami rayon İcra Hakimiyyətində bir yerdə çalışıb. E.Əzizov iş yerini dəyişəndən sonra R.Ağayev Abdin Fərzəliyevin rəhbərliyi altında daha əvvəl Nizami, sonra isə uzun müddət Nərimanov rayonunda şöbə müdiri kimi çalışıb.
Eləcə də bax: Gömrüyün sədri: ""Baku Steel Company"dən soruşduq ki, sizə hansı qiymət sərf edir"