Elm və təhsil naziri Emin Əmrullayevin müvafiq əmri ilə Tural Əhmədov Təhsildə Keyfiyyət Təminatı Agentliyinin İdarə Heyətinin sədri təyin olunub.
FED.az xəbər verir ki, bu barədə Təhsildə Keyfiyyət Təminatı Agentliyi məlumat yayıb.
Bildirilib ki, Tural Əhmədov bundan öncə Elm və Təhsil Nazirliyində Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri kimi fəaliyyət göstərib.