Prezident İlham Əliyev İnzibati Xətalar Məcəlləsinə dəyişiklikləri təsdiqləyib. FED.az xəbər verir ki, məcəlləyə 2 yeni cərimə əlavə edilib.
Yeni cərimələr daşınar əmlakın reyestrinə məlumatların verilməsi, eləcə də ətraf mühitə tsiirlə bağlı məlumatların düzgün verilməməsi ilə bağlıdır.
Sənədə əlavə edilən 440-1 maddəsinə görə,
440-1.1 - daşınar əmlakın yüklülüyünün dövlət reyestrinə “Daşınar əmlakın yüklülüyü haqqında” Qanunda nəzərdə tutulmuş məlumatların təqdim edilməməsinə, habelə reyestrə bilərəkdən yanlış və natamam məlumatların təqdim edilməsinə görə -
fiziki şəxslər yüz əlli manat məbləğində, vəzifəli şəxslər yeddi yüz manat məbləğində, hüquqi şəxslər iki min beş yüz manat məbləğində cərimə edilir.
440-1.2. Daşınar əmlakın yüklülüyünün dövlət reyestrini aparan qurumun vəzifəli şəxsləri tərəfindən məlumatların saxlanılması və reyestrin aparılması qaydalarının pozulmasına görə -
vəzifəli şəxslər min manat məbləğində cərimə edilir.
440-1.3. “Daşınar əmlakın yüklülüyü haqqında” Qanunla müəyyən edilmiş qaydada dövlət və bələdiyyə yüklülüyünün açıqlanmamasına görə -
vəzifəli şəxslər min beş yüz manat məbləğində cərimə edilir.”.
Məcəlləyə əlavə edilən 275.3-cü maddəyə görə isə, ətraf mühitə təsirin qiymətləndirilməsi və ya strateji ekoloji qiymətləndirilmə sənədlərinə ƏMTQ üzrə qiymətləndirici tərəfindən bilə-bilə yalan məlumatların daxil edilməsinə görə -
iki yüz əlli manatdan dörd yüz əlli manatadək məbləğdə cərimə edilir.
Azərbaycanda yeni cərimələr tətbiq edildi - MƏBLƏĞLƏR
16:52
2 May 2019