Azərbaycan Xarici İşlər Nazirliyinin birinci katibi Araz İmanov işdən çıxıb.
Eləcə də bax: AFFA-ya yeni baş katib - TƏYİN OLUNUB
FED.az xəbər verir ki, bunu diplomat feysbuk səhifəsində yazıb.
“Qürur hissi ilə bildirirəm ki, 16 illik təcrübəm ilə Xarici Işlər Nazirliyindən ayrılıb fəaliyyətimi Qarabağın bərpası istiqamətində davam etdirəcəyəm. Bu yolda ən böyük əməyi olan cənab Prezident və onun komandasına kiçik də olsa xeyirim dəysin deyə bütün səylərimi əsirgəməyəcəm”, - o qeyd edib. (Report)